Bakının məşhur simvollarından biri yoxa çıxıb - FOTO
29 Sentyabr 2014 01:30
Bakıda "Saatlı bina"nın əqrəbləri dayanıb. Nərimanov rayonu ərazisində, Ağa Neymətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən binanın qülləsindəki saatlar sökülüb.
Milli.Az xəbər verir ki, dörd tərəfində saat olan qüllədə taxta arakəsmələr qurulub, saatlar çıxarılıb. Yaxınlıqda yaşayan sakinlər saatların söküldüyünü bildirdilər. Saatın həmişəlik sökülməsi, yoxsa təmir edilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən mövqe öyrənmək mümkün olmadı.
Gülər
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







Foto: Ceyhun Ələkbərov