Mətbəx sirləri: Kuba üsulu qarğıdalı şorbası

28 Sentyabr 2014 07:00
Milli.Az eda.ru-ya istinadən Kuba üsulu qarğıdalı şorbasının hazırlanma qaydasını təqdim edir

Tərkibi:


3 təzə qarğıdalı
400 ml süd
30 q kərə yağı
1 baş soğan
2 x.q. un
muskat cevizi - zövqə görə (1 çimdik)
duz
qara istiot
200 q suxarı
1 dəstə göy soğan

Qarğıdalını bişirin. Dənələyin, bir qədər süd qarışdırıb blenderdə çəkin. 

Xırdalanmış soğanı kərə yağında qovurun, un əlavə edin.

Qarğıdalı püresinin üzərinə süd, qaymaq, qovrulmuş soğan, sürtgəcdən keçirilmiş muskat cevizi, duz, istiot əlavə edib qarışdırın, ocağın üstünə qoyun. Qaynara düşəndən sonra ocaqdan götürün.

Süfrəyə verərkən üzərinə doğranmış göy soğan və suxarı səpin.

Nuş olsun!

Milli.Az