Sentyabrın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin iclasında iştirak edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, "Kinematoqrafiya haqqında" mövcud qanunun bir sıra müddəaları var ki, həmin müddəalar artıq köhnəlib və onların zamanın, dövrün reallıqlarına, tələblərinə uyğunlaşdırılması ehtiyacı yaranıb: "Bu həyatda heç nə əbədi deyil. Dəyişikliklər, yeniliklər mütləq olmalıdır. Eyni zamanda onu da deyim ki, son illər Azərbaycan kinosunda dinamikanın müsbətə dönüşünü görməliyik. Bunu görməmək mümkün deyil. Bununla belə hesab edirik ki, Azərbaycan kinosunun inkişafı, kino çəkilişi ilə bağlı texniki avadanlıqların dünya standartlarına çatdırılması üçün kinomuz mütləq bir sıra vergi növlərindən, gömrük rüsumundan azad olunmalıdır".Kinomuzun inkişafı, texniki avadanlıqların dünya standartlarına çatdırılması üçün kinematoqrafiyanın vergidən azad olunması fikri dəstəklənir