Milli.Az 4charx.com-a istinadən bildirir ki, heçbek Civic və universal Civic Tourer yeni qabaq bamperlər və inteqrasiya edilmiş işıqdiod fənərləri olan dəyişdirilmiş əsas işıq faraları əldə ediblər. Heçbek həm də fərqli arxa bamper, yan ətəklər, qara spoyler və başqa şəkildə arxa işıqdiod fənərlərlə də təchiz edilib.
İnteryerdə dəyişikliklər azdır. Burada bəzi xrom elementlər və qara rəngli taxmalar gözə dəyir.
Sport modifikasiyası fərqli qabaq bamper, dəyişdirilmiş radiator barmaqlığı və idman dizaynlı 17 düymlük alüminium təkər diskləri ilə seçilir.
Milli.Az