Geniş zolağa 4 milyard dollar

27 Sentyabr 2014 23:20
Dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçısı Huawei Technologies yaxın üç ildə stasionar genişzolaqlı rabitə texnologiyalarının tədqiqat və hazırlanmasına 4 milyard dollar məbləğində sərmayə qoymaq niyyətindədir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, son zamanlar mobil qurğular bazarına çox diqqət ayıran Çin şirkətinin nümayəndəsi bildirib ki, ev və ofisləri internetlə təmin edən genişzolaqlı rabitə xətləri şirkət üçün strateji investisiyaların prioritet istiqaməti olaraq qalır. Bu halda Huawei şirkətindən bildirilib ki, fiber-optik kommunikasiya, həmçinin virtual şəbəkə texnologiyaları sahəsində istifadə edilən fotonika sahəsində tədqiqat aparmağı planlaşdırır.

Huawei şirkəti stasionar genişzolaqlı internetin inkişafına yatırılan investisiyaları son dərəcə vacib hesab edir.

Milli.Az