Axşam saatlarında Bakıda 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Zığ şossesində, "SOCAR" yanacaq-doldurma məntəqəsinin yaxınlığında baş verib. Hadisə şahidlərinin verdiyi xəbərə görə, Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan "Opel" markalı avtomobil idarəetməni itirərək "Qazel" markalı yük maşınına çırpılıb və əks yola çıxaraq VAZ 2107" markalı maşınla toqquşub.
Qəza nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü, taksi fəaliyyəti ilə məşğul olan 1988-ci il təvəllüdlü Nərimanov Şahin Nadir oğlu və sərnişin 1990-cı il təvvəlüdlü Bayramova Samirə Afət qızı hadisə yerində ölüblər. Qəza nəticəsində xəsarət almış "Opel" markalı avtomobilin sürücüsü xəstəxanaya çatdırılıb.
Həlak olmuş şəxslər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəsədləri nəqliyyat vasitəsindən çıxarıb aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Böyütmək üçün şəkillərə klikləyin