"iPhone 6"-dan daha bir biabırçılıq

25 Sentyabr 2014 20:02
"Apple" şirkətinin istehsal etdiyi yeni telefonlarda qüsurlar aşkarlanıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, şirkət tələsik iOS 8 əməliyyat sistemində çatışmazlıqları aradan qaldırmağa başlayıb.

Şirkətdən bildirilib ki, tezliklə sistemin artıq ikinci olan 8.0.2 yeni variantı çıxacaq.

Qeyd edək ki, 8.0.1 variantı satışa çıxarılandan sonra geri qaytarılıb. Belə ki, iPhone 6 və iPhone 6 Plus telefonlarında şəbəkə tez-tez itirmiş. Başqa çoxsaylı problemlərin də olduğu açıqlanıb.

Milli.Az