Əməkdar artist ərindən danışdı: "Bu insan..."

25 Sentyabr 2014 19:36

Əməkdar artist, Opera və Balet Teatrının solisti Fidan Hacıyeva bu gün Beynəlxalq Mətbuat Mərkəzində media nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, vokalçı yeni işıq üzü görən albomunu təqdim edib: "Daim yaradıcılıq işlərimlə sizlərin qarşısına çıxmışam. Yaradıcılıq işlərimi həyata keçirməyimdə mənə yalnız bir nəfər dəstək olur. Bu insan mənim həyat yoldaşımdır. Çox xoşbəxtəm ki, bu sənətdə dəstəyi həyat yoldaşımdan alıram. O, mənim mahnılarımı, sənətimi çox sevir. Ümumiyyətə, Azərbaycan musiqisinin heyranıdır. Bəlkə də, onun dəstəyi olmasa idi, mən bu sənətdə çətinlik çəkərdim. Bu gün sizlərə bir müddət öncə Heydər Əliyev Sarayında həyata keçirdiyim "Sevgili canan" adlı solo konsertimin diskini təqdim edirəm. Həmin gecədə iştirak edə bilməyənlər bu disk vasitəsi ilə konserti izləyəcəklər".

Əməkdar artist əlavə edib ki, dünya məşhurlarının istifadə etdiyi "Vocalzone" adlı həbin əsas siması seçilib: "Bir çox dünya ulduzlarının istifadə etdiyi həblərin Azərbaycan üzrə əsas siması oldum. Buna görə də məni təbrik edə bilərsiniz". Nitqini yekunlaşdıran ifaçı tədbiri "Sənsiz" romansı ilə bitirib.
  

Qeyd edək ki, bu həbdən müğənnilər səslərinin formada qalması üçün istifadə edirlər.

Milli.Az