Azərbaycanlı teleaparıcı: "Onu sakit ilan vursun"

25 Sentyabr 2014 19:30

Zaur onu ac-susuz 3 saat dəniz kənarında gözlədən xanım müğənnidən danışdı

Milli.Az gecce.az-a istinadənxəbər verir ki, bu gün "5/5" verilişində aparıcı Zaur Kamal müğənni Günel Məhərrəmovanın saatlarca çəkilişlərin birinə gecikməsindən danışıb:
  

"Onu sakit ilan vursun. Bu Günel Məhərrəmova bizi 3 saatla dəniz kənarında saxlatdırdı. Çəkilişə gedirik, rəhmətliyin qızı telefonu qoyub maşında. O müğənni zəng edib "qəşəng söz" deyir, bu müğənni zəng edib "qəşəng söz" deyir. Deyirəm: "Vallah mən neyniyim?!" Nəsə, ac getdim, dedim ona qəşəng sözlərimdən deyəcəm. Amma oldu getdi. Qəşəng də veriliş alındı".

Milli.Az