Sərnişin təyyarəsi "Domodedovo" aeroportuna qəza enişi edib

25 Sentyabr 2014 17:16
"UTair" aviaşirkətinə məxsus "Boeing 757" sərnişin təyyarəsi ön şüşədəki çata görə "Domodedovo" aeroportuna məcburi qəza enişi edib.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

İlkin məlumatlara görə, Moskva vaxtı ilə saat 14:25-də Novorossiyskdən Barselonaya uçan "Boeing 757" pilotların kabinəsinin şüşəsində əmələ gəlmiş çata görə "Domodedovo" aeroportunda yerə enib.

İnsidentin baş verdiyi şərait araşdırılır.

Milli.Az