"Xınayaxdını moda mən saldım"

25 Sentyabr 2014 16:35
Teleaparıcı kimlərə söz atdı?
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu gün "Evdəyik" verilişində  toy adət-ənənələrindən danışılıb. Verilişin aparıcısı Ülvira Qarayeva söhbət xınayaxdıdan düşərkən iddialı çıxışı ilə yadda qalıb:
 
"Xınayaxdını ilk dəfə mən "Toy olsun"da gündəmə gətirdim. O, heç də 1 il, 4 il bundan öncə yaranmamışdı. Mən onun üçün anamı, nənəmi, bibimi, xalamı dindirib onlardan o "haxışda"ları, o adət-ənənələri öyrənmişəm.

Vallah, düz deyirəm. O xınayaxdı mərasimi illərdir eyni formada gedir. Mən onu efirə çıxardandan sonra hal-hazırda fəaliyyət göstərən xına mərasimlərini təşkil edən şirkətlər o vaxt gördülər ki, bu, əsl gəlir yeridir və başladılar bu bizneslə məşğul olmağa".

Milli.Az