Kamran Həsənli yas mərasimlərindəki qadağadan danışdı

25 Sentyabr 2014 16:14
O, hansı qərara qarşı çıxdı?
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu gün "Günəbaxan"ın efirində toy və yas mərasimlərindəki yol verilən israfçılıqdan danışılıb. Bu ilin sentyabrın 1-dən yas mərasimlərində yeməklərin yığışdırılması ilə bağlı açıqlanan yeni qərarla bağlı maraqlı açıqlama edən verilişin aparıcısı Kamran Həsənli fikirlərinə arqument də gətirib:
 
"Mən neçə illərdir yas mərasiminə gedirəm. Orada təmtəraq görməmişəm. Aşdır, qarasıdır, dovğadır, başqa bir şey olmaz. Uzaq rayondan gələn insanlar var. Uzun yol qət edib başsağlığına gəlib. Bu, sadəcə, həmin insanlara hörmətdir. Bir qarın yemək yeyib, "Allah rəhmət eləsin" deyib gedəcəklər".

Milli.Az