ABŞ-ın baş prokuroru istefa verdi

25 Sentyabr 2014 21:36
ABŞ baş prokuroru Erik Holder istefa verdiyini elan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Röyters" agentliyinə ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi məlumat verib.

Məlumatda qeyd olunub ki, Holder istefaya getmək qərarını Ağ Evdə keçiriləcək tədbir zamanı rəsmi elan edəcək.

Holder həmçinin bildirib ki, yaxın gələcəyə dair onun hələlik heç bir planı yoxdur.

Milli.Az