Ukraynada atəşkəs rejimi işə düşdü

25 Sentyabr 2014 16:00
Ötən gün Donbassda keçirilən antiterror əməliyyatı zonasında uzun müddətdən bəri heç bir Ukrayna hərbçisi ölməyib.

Trend-in "İnterfaks-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

Onun sözlərinə görə, bu, real barışığın ilk günüdür: "Ötən sutka ərzində bir ukraynalı hərbçi belə yaralanmayıb. Nəhayət ki, atəşkəs rejimi işləməyə başlayıb. Bu, əsl bayramdır".

Milli.Az