Milli.Az 4charx.com-a istinadən bildirir ki, kiçik həcmli rəsmi videoçarx bədii filmdən bir səhnəyə çox bənzəyir. Gənc və yaraşıqlı qız bomboş küçənin ortasında yelləncəkdə yellənir və bu zaman o - Fiat 500X peyda olur.
Əlavə edək ki, yeni kompakt yolsuzluq avtomobilinin əsasında Jeep Renegade modelinin şassisi durur. Lakin İtaliya avtomobili tamamilə fərqli dizayndadır və 2015-ci ilin birinci rübündə bazara çıxarılacaq.
Milli.Az