Renault-un ilk lüks modeli - FOTOSESSİYA
26 Sentyabr 2014 20:38
Citroen brendinin premial DS model sırasına Renault şirkətinin cavabı Initiale Paris lüks avtomobillər ailəsi olacaq. Bu sıranın ilk modeli kimi rəsmi debütü Paris avtosalonunda keçiriləcək Clio kompakt heçbeki nəzərdə tutulub. Milli.Az 4charx.com-a istinadən bildirir ki, salonu daha bahalı materiallarla işlənmiş və eksklüziv kuzov tərtibatı əldə etmiş avtomobilin Fransada minimal qiyməti 21 500 avro, zirvə variantı isə 25 200 avro qiymətləndirilib.
Initiale Paris sırasında növbəti model Renault Espace miniveni olacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.