"Fənərbağça"nın əfsanəsi kluba qayıda bilər

25 Sentyabr 2014 15:57

"Fənərbağça" keçmiş oyunçusu Pyer van Hoydonk ilə yenidən əməkdaşlıq etmək niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, baş məşqçi İsmail Kartal assistent kimi sabiq holland futbolçunun köməyindən istifadə etməyi düşünür.

Türkiyə mediasının yazdığına görə, "Fənərbağça"da uzun müddət köməkçi məşqçi çalışan İsmail Kartal futbolçularla səmimi münasibətlər qurmuşdu. Amma əsas posta keçəndən sonra oyunçularla pərdə saxlamağa çalışan Kartal bu işdə Van Hoydonku uyğun şəxs görür.

Xatırladaq ki, asisstent məşqçi Murat Öztürk Kartalı qane etməyib. Əgər Van Hoydonk təklifi qəbul etməzsə, alternativ variant Ronald Koxdur.

Milli.Az