Teatr aktyorları yetişdirən, onlara stimul verən böyük bir məbəddir. Teatra üz tutan gənclər həmin məbəddən bəhrələnib, aktyor sənətinin sirlərinə yiyələnirlər. Bu gün aktyorların əksəriyyəti teatrda sənətin xırdalıqlarını öyrəndikdən sonra seriallara dəvət alırlar. Serial çəkən rejissorlar çəkdikləri filmlərin yüksək keyfiyyətli alınması üçün məhz teatrlara üz tutub, tamaşaları izləyir, aktyorların potensialına bələd olurlar. Əslində bu, təqdiredici haldır. Belə ki, teatrdan az məvacib alan aktyor seriala çəkilməklə həm də öz güzəranını yaxşılaşdırır. Digər tərəfdən, teatrda illərlə çalışıb tanınmayan aktyor seriala çəkildikdə, bir neçə aya məşhurlahttp://www.milli.az/myadmin/articles/center.php?action=add#şmaq imkanı əldə edir. Amma məsələnin bir mənfi tərəfi var ki, teatrdan seriala gedən aktyorlar adətən elə serial sahəsində də qalırlar. Çünki teatrdan, tamaşaların məşqlərindən ayrı düşən aktyorlar serial çəkilişləri bitdikdən sonra bir çox hallarda teatra geri qayıda bilmirlər.Teatrı özünə məbəd hesab edən aktyorları seriala cəlb edən bir çox səbəblər var