"Sərin Ada"da "qaynar bataqlıq"

25 Sentyabr 2014 13:53
Tərtər rayonu ərazində yerləşən kafedə əxlaqsızlıq yuvası aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ağalar İsrafilov saxlanılıb. Onun Azadqaraqoyunlu kəndində yerləşən "Sərin Ada" kafesində gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az