Sumqayıtda ər-arvad qəzaya düşdülər, ölən var

25 Sentyabr 2014 13:38
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 24-də saat 20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Fərzəli Əliyev idarə etdiyi "Volkswagen" markalı avtomobili aşırıb. Qəza nəticəsində F.Əliyevin sərnişini - arvadı Gülurə hadisə yerində ölüb.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Milli.Az