Ulduz futbolçu adam öldürməkdə ittiham edilir

25 Sentyabr 2014 12:50

Qana millisinin hücumçusu Asamoah Qyan mətbuat konfransı keçirməyi planlaşdırır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçu reper Kastronun itkin düşməsində onu təqsirli bilənlərə cavab vermək istəyir. Xatırladaq ki, ötən yay Qyan ailəsi ilə birlikdə istirahət edən reper dənizdə batmışdı. Onun cəsədi hələ də aşkar olunmayıb.

Asamoahı ittiham edən ilk insan isə "Ghana Daily Graphic" nəşrinin jurnalisti Daniel Kenu olub. Kenu iddia edir ki, Qyan Kastronu ənənəvi ritual keçirərək qurban verib. Bundan sonra başda futbolçunun qardaşı Baffur olmaqla bir qrup insan jurnalisti ciddi ittiham etmişdi.


Milli.Az