Məşhur futbolçu qəzaya düşdü

25 Sentyabr 2014 11:56

Portuqaliya millisinin oyunçusu Luiş Nani avtomobil qəzasına düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, icarə əsasında "Sportinq"də çıxış edən 27 yaşlı futbolçu Lissabonda məşqə gedərkən haqqında bəhs olunan bədbəxt hadisə ilə üzləşib.
 

Naninin idarə etdiyi avtomobil qarşıdan gələn nəqliyyat vasitəsinə çırpılıb. Sükan arxasında olan Nani xoşbəxtlikdən ciddi xəsarət almayıb.

Qeyd edək ki, yayda "Sportinq"ə keçən Nani klubunda 4 oyunda meydana çıxıb və rəqib qapılarından 1 top keçirib.

Milli.Az