Azərbaycanda nüvə araşdırmalarına dair mərkəzin yaradılması üçün hüquqi baza hazırlanır

25 Sentyabr 2014 12:23
Yaxın günlərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti məsələsi üzrə nizamnamənin və hüquqi sənədlərin təsdiqlənməsi gözlənilir.

Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda sənədlərin hazırlanması, Mərkəzin yerləşəcəyi yerin müəyyən edilməsi ilə bağlı iş gedir, proqramlar hazırlanır. Bütün bu nüanslar ilin sonunadək müəyyən olunacaq: "Sadalanan bütün aspektlər həll olunduqdan sonra hansı ölkələrlə əməkdaşlıq ediləcəyi, hansı texnologiyaların tətbiq olunacağı və s. müəyyən ediləcək".

Milli.Az