Nəhəng bank qumara girişdi - FOTO

16 Dekabr 2010 21:12
Milli.Az xəbər portalı "Spiegel"ə istinadən bildirir ki, Almaniyanın ən böyük, Avropanın isə ən iri banklarından biri olan "Deutsche Bank" ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) "Cosmopolitan" adlı kazino və otel açıb.
Layihənin dəyəri 4 milyard dollardır.
Oteldə 3 min nömrə var. Kazinonun bütün zallarının və otaqlarıınn ümumi sahəsi isə təxminən iki futbol meydanı boydadır.

Bundan başqa, otel-kazino kompleksinə çoxsaylı restoranlar, fitnes-mərkəzlər və dükanlar daxildir.
Layihənin sifarişçisi bankdan aldığı krediti 2008-ci ildə qaytara bilməyəndə və kompleksə alıcı tapa bilməyəndə "Deutsche Bank" investor qismində çıxış edib.
"Deutsche Bank" bu aktivini ən yaxın vaxtlarda satmağa hazırlaşır.
"Biz ilk növbədə otelçilik və qumar biznesi ilə yox, bankçılıqla məşğul oluruq", - "Deutsche Bank" yetkililəri bildiriblər.

Analitiklər isə kazino-otel komplesinin satış şanslarının yüksək olmadığını və "Deutsche Bank"ın çətin vəziyyətə düşdüyünü deyirlər.

Qlobal maliyyə böhranının fəsadlarının səngiməsindən sonra Las-Veqasda qumar oynayanların sayı artmağa başlasa da, bu artım otelçilik və kazinolara yatırılan pulları "qaytarmağa" bəs etməz.

Tural
Milli.Az