Mətanət Əliverdiyeva: "Hamamda gördüyün işi də çəkib göstərəcəksən?"

25 Sentyabr 2014 09:30
"Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyevanı kim özündən çıxartdı?
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, teleaparıcı İnstagram-da fotolarını paylaşan bəzi tanınmışları sərt tənqid edib.

"Mən nə Facebook-da, nə İnstagram-da varam. Bunlar mənim üçün deyil. Tanınmışlardan biri bu yaxınlarda həyat yoldaşı ilə yataq otağından fotosunu paylaşaraq, "biz yuxudan oyandıq" yazır. Ya da yemək yeyərkən çəkib şəklini bölüşür. Bundan axı mənə nə? Hamamda gördüyün işi də çəkib göstərəcəksən? Bu düzgün deyil. Bu cür insanları tərbiyəsiz adlandırıram. Hamamdan çıxıb, yarıçılpaq şəklini paylaşır. Saytlar da götürüb bunu yazanda özlərini günahsız sayırlar".

Milli.Az