iPhone-larda problem yarandı

25 Sentyabr 2014 11:39
ABŞ-ın Apple korporasiyası yeni təqdim etdiyi iOS 8 mobil əməliyyat sisteminə əlavələr və dəyişikliklərdən ibarət iOS 8.0.1 paketini geri çağırıb.

Bu paketin yükləndiyi iPhone smartfonlarında zənglər və Touch İD barmaq izlərinin sensor tanınması sistemində problemlər yaranıb.
 

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, sentyabrın 17-də iOS 8 mobil əməliyyat sistemi təqdim olunmuşdu. Daha sonra isə Apple korporasiyası iPhone sahiblərinə ilkin relizin bəzi səhvlərini və çatışmazlıqlarını aradan qaldırmaq üçün iOS 8.1 əlavələr paketini təklif etmişdi.
 

İstifadəçilər isə çox narazıdırlar.
 

"Əgər Stiv Cobs sağ olsaydı, Apple-ın ən azı 50 proqramçısı işdən qovulardı" (If Jobs was still alive, we would see at least 50 Apple engineers looking for new employers by now), - Twitter-də Rene Rappert adlı şəxs yazıb.
 

Milli.Az