Bakıda təhqir olunan qanunlardır, yoxsa insanlar - VİDEO - FOTO

25 Sentyabr 2014 01:00

Bakıda daha bir avtobus özbaşınalığı... Nədənsə bu hallara "Dur" deyən tapılmır. Avtobus dayanacaqda saxlamır, işıqforun, yol hərəkəti qaydalarına məhəl qoymur, sərnişinləri təhqir edir, təhlükəyə atır

Sadalanan hallardan, sadəcə, biri haqda... Milli.Az ötən gün Bakıda sərnişinləri heçə sayan daha bir avtobus əxlaqsızlığını göstərən kadrlar əldə edib.

Babək prospektində lentə alınan mənzərə paytaxtın nəqliyyat sisteminin hələ də hansı səviyyədə olduğunu göstərir. Şəhər mərkəzindən Sabunçu rayonunadək məsafə qət edən avtobus biabırçılığını isə Nəqliyyat Nazirliyinin yollarda xidmət göstərən əməkdaşları görmək istəmirlər.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.