Milli.Az ICTnews-a istinadən bildirir ki, analitiklərin hesablamalarına görə, sistemin sonuncu versiyası təqdim olunandan beş gün sonra Şimali Amerika regionunda iPhone, iPod touch və iPad sahibləri tərəfindən internetdə generasiya edilən trafikin 25 faizi iOS 8 əməliyyat sisteminin payına düşüb. Mobil platforma işıq üzü gördükdən 24 saat sonra ABŞ və Kanadanın Apple qurğusu istifadəçilərinin 11 faizi onu quraşdırıb. Daha bir gün sonra iOS 8-in payı 17 faizə çatıb. Fiksunun məlumatına görə, son beş gündə əməliyyat sisteminin payı 25,7 faiz bənd artıb.
Bundan başqa, iOS 8 uyğunlaşma tempinə görə 2013-cü ildə final versiyası çıxdıqdan beş gün sonra bütün Apple qurğularının 50 faizinin işlədiyi iOS 7-dən geri qalır. Sistemi tempinə görə əvvəlki iOS 6 mobil platforması da üstələyir. Həmin müddət ərzində iPhone, iPad və iPod touch istifadəçilərinin 40 faizi iOS 6-dan istifadəyə keçib. Fiksu mütəxəssisləri bu məlumatları 300 milyon internet səhifəsinə müxtəlif qurğulardan çıxışı təhlil edərək əldə ediblər.
Sentyabrın 17-də təqdim olunan iOS 8 dizaynına görə əvvəlki əməliyyat sisteminə bənzəsə də, bir sıra mühüm dəyişikliklərə məruz qalıb. Belə ki, yenilənmiş bildiriş mərkəzi məlumata hətta ekran bloklu vəziyyətində olanda və müvafiq əlavəni açmadan cavab verməyə imkan verir. Həmçinin çoxfunksiyalılıq menyusunda kontaktlar siyahısına çıxışa şərait yaradılıb, poçtla jestlərlə iş sadələşdirilib.
Milli.Az