Milli.Az ICTnews-a istinadən bildirir ki, bu istiqamətə investisiya yatırmağı planlaşdırmayan təşkilatların payı 31 faizdən 24 faizədək azalıb.
Regionlar arasında Şimali Amerika lider olaraq qalır. Burada rəyi soruşulanların 47 faizi artıq investisiya yatırdığını bildirib. 2013-cü ildə onların payı 37,8 faizə bərabər olub. Lakin digər regionlarda da investisiya artımı müşahidə edilir. Bununla belə, investisiya artımı texnologiyaların tətbiqi səviyyəsinə təsir göstərmir. Ötən il olduğu kimi, işin əsas hissəsi strategiya, pilot və sınaq layihələrinin hazırlanmasının payına düşür. 2013-cü ildə respondentlərin 8 faizi iritutumlu məlumat layihələrinin həyata keçirilməsini deyib. 2014-cü ildə onların payı 13 faizədək artıb. Bununla yanaşı, analitiklər qeyd edirlər ki, texnologiyaların başa düşülməsi yaxşılaşıb və onların imkanlarının tədqiqinə hazırlıq səviyyəsi yüksəlib.
Həmçinin Gartner nümayəndələri vurğulayırlar ki, hazırda təşkilatlar hansı məlumatları təhlil etməyi dəqiq bilmirlər.
Milli.Az