Fransada ölkənin ən iri hava yolları şirkətlərindən biri olan "Air France" pilotlarının bir müddət əvvəl başlatdığı tətil davam edir.
Anspress-in məlumatına görə, buna səbəb şirkət rəhbərliyi ilə həmkarlar ittifaqı arasında keçirilən danışıqların nəticəsiz qalması olub.
"Transavia France" filialına köçürülmək istəyinə etiraz edən "Air France" pilotlarının tətili iki həftədə şirkətə 20 milyon avro ziyan vurub.
Tətilə çıxan pilotların sayı isə hər gün daha da artır və artıq pilot heyətinin 74 faizi işi tətil edir.
Şirkət əməkdaşları iş yerləri dəyişəcəyi təqdirdə hazırkı əmək haqlarının ödənilməsini və sosial zəmanətin verilməsini tələb edirlər.
Qeyd edək ki, avqustun 15-dən başlayan tətil bu sahədə 1998-ci ildən bəri ən ciddi etiraz aksiyasıdır. Tətilin sentyabrın 26-na kimi davam etdiriləcəyi bildirilir.