Gəncədə qanlı insident
22 Sentyabr 2014 23:57
Gəncədə iki nəfərin bıçaqlanması ilə nəticələnən qanlı insident baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə axşam saat 21:00 radələrində şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakinləri 23 yaşlı Turqut Mustafayev və 25 yaşlı Orxan Əliyev bədənin müxtəlif nahiyələrindən bıçaq zərbəsi alıb.
Xəsarət alanlar dərhal yaxınlarının köməyi ilə Gəncə şəhər TTYX-ya çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb.
Hadisənin hansı zəmində, kim və ya kimlər tərəfindən törədildiyi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
Milli.Az