"Qafqazinfo" xəbər verir ki, artıq yeni direktor Səbinə Turabova kollektivə və şagirdlərə təqdim olunub. 29 yaşlı S.Turabova Azərbaycanda ən gənc məktəb direktoru sayıla bilər. "Qafqazinfo"ya açıqlmasında yeni direktor deyib ki, belə bir təyinat alacağından əvvəlcədən xəbəri olmayıb: "Bundan öncə Gimnaziyada Təmayül Fənnlər üzrə direktor müavini idim. Bir gün Təhsil Nazirliyindən ev telefonuna zəng gəldi və nazirliyə çağırıldım. Səbəbini soruşanda dedilər ki, sizə vəzifə həvalə olunub. Hazırda direktorluq fəaliyyətimlə yanaşı, ingilis dili müəlliməsi kimi də işimi davam etdirirəm".Təhsil Naziri Mikayıl Cabbarov S.C Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasına yeni direktor təyin edib