Şok: bu qadının 3 sinəsi var - FOTO - VİDEO +18

22 Sentyabr 2014 15:12

ABŞ-ın Florida ştatında massajçı-terapevt işləyən Jasmin Traydeyvil dünyanın ən unikal qadınlarından biri sayıla bilər.

Onun unikallığı isə 3 sinəsinin olmasıdır.
 

Milli.Az News Australian-a istinadən bildirir ki, Arnold Şvartsneggerin baş rolda çəkildiyi "Total Recall" filmindəki 3 sinəli qadın obrazını çox bəyəndiyini və elə bu obrazdan təsirlənərək analoji sinələrə malik olmaq istədiyini deyən J.Traydeyvil 5 ay əvvəl plastik cərrahiyyə əməliyyatı keçirib.

20 min dollar ödədiyi əməliyyat nəticəsində Jasmin Traydeyvilin artıq 3 sinəsi var.
 

"Əməliyyata razılaşacaq plastik cərrah tapmaq çətindi, çünki həkimlər belə əməliyyatın etikaya zidd olduğunu deyirdilər. 50-60 cərraha zəng vurdum, hamısı etiraz etdilər. Axırda biri razılaşdı və əməliyyat baş tutdu", - qəribə qadın "Real Radio 104,1" radiostansiyasına verdiyi müsahibəsində deyib.
 

21 yaşlı Jasminin dediyinə görə, üçsinəli qadın olduğu üçün unikaldır və bunun sayəsində çoxlu pul qazanmaq fikri var.
 

Milli.Az

Xəbərin mənbəyi: Jasmine Tridevil: The woman with three breasts

Böyütmək üçün şəkillərə klikləyin.