"General Motors"un başı dərddə

22 Sentyabr 2014 09:15

Buna şirkətin avtomobillərinin əyləc sistemində nasazlığın aşkarlanması səbəb olub

Dünyanın ən iri avtomobil istehsalçılarından biri olan ABŞ-ın "General Motors" konserni növbəti dəfə 220 min avtomobilini geri çağırıb. Bu dəfə geri çağırışa əyləc sistemində nasazlığın aşkar edilməsi səbəb olub.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, şirkət nümayəndəsinin bildirdiyinə görə, "Cadillac" markalı avtomobillərdə ştat əyləc blokundan istifadə zamanı alışma riski mövcuddur. Geri çağırılan bu avtomobillərin əksəriyyəti ABŞ və Kanadada yerləşir. "General Motors" bu nasazlıq səbəbindən ölüm və ya xəsarət alma faktlarının qeydə alınmadığını açıqlayıb.

Bu ilin mayında ABŞ hökuməti nasazlıqları olan kiçik minik avtomobillərini vaxtında geri çağıra bilmədiyinə görə "General Motors" konsernini 35 milyon dollar məbləğində cərimələmişdi.

Milli.Az