Bakı sakinindən 4 kiloqrama yaxın həşiş götürüldü

17 Fevral 2010 11:16
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Milli.Az xəbər portalına verilən məlumata görə, bu, Qala qəsəbəsində yaşayan Rasma Şamilovdur.

R.Şamilov 1 kiloqram 105,3 qram narkotik vasitə olan həşiş qətranını satmaq istəyərkən BŞBPİ-nin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iş başında yaxalanıb.

Onun işlədiyi Hövsan südçülük sovxozundakı kafenin gizli saxlanc yerinə baxış keçirilərkən isə, əlavə olaraq 2 kiloqram 700,7 qram narkotik vasitə olan həşiş qətranı və narkotik vasitəni çəkmək üçün tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az