"iPhone 6" üçün ABŞ-a gedən azərbaycanlıdan AÇIQLAMA - FOTO
19 Sentyabr 2014 17:49
"Məndən başqa burada bir neçə azərbaycanlı da var"
ABŞ-ın paytaxtı Vaşinqtonda iPhone 6-nı satın almaq üçün növbəyə duranlar sırasında azərbaycanlılar da var.
"Qafqazinfo"ya daxil olan məlumata görə, Bakı sakini İbrahim Niyazov telefona sahiblənmək üçün artıq okeanın o tayındadır. ABŞ-ın Virginiya ştatında telefon növbəsində olan həmyerlimizin sözlərinə görə, yaxın dəqiqələrdə telefon almaq üçün onun növbəsi olacaq:
"Çox həyəcanlıyam. Məndən başqa burada bir neçə azərbaycanlı da var. "İPhone 6"nın qiyməti isə burada 900 dollardır".
O, həmçinin bildirib ki, İPhone 6-ya görə günlərdir çadırda yatanlar da var.