Ötən il Abşeron rayonunun Masazır qəsəbəsində 760 qaçqın və məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verildi. "Zəngilan şəhərciyi" adlı yeni məhəllədə məktəb, idman zalı, eləcə də uşaqların asudə vaxtlarını keçirmələri üçün "Şəfəq" bağçası fəaliyyət göstərir. Şəhərcik ötən il avqustun 1-də istifadəyə verilsə də, uşaqlar üçün bağça dekabr ayının 3-də açılıb. Buna səbəb isə şəhərciyə köçürülən məcburi köçkünlərin məskunlaşmasının bir az zaman alması olub.Qaçqın və məcburi köçkünlər üçün salınmış məhəllədəki bağça bütün Masazırda məşhurdur