"Qalatasaray"lı gözəl "Fənər"in ulduzunu niyə rədd etdi? - FOTO

16 Dekabr 2010 10:46
Milli.Az xəbər portalı "Milliyet"ə istinadən bilirir ki, İstanbulda "Açıq Qapı" dərnəyinin təşkil etdiyi "Kempinski balı"nda "sosyete"nin məşhur ismi, fotomodel Elif Dürüst də iştirak edib.
"Qalatasaray"ın sabiq meneceri Əkrəm Dürüstün qızı balda təşkil edilmiş lotereyada qalib gəlib.

Amma Elif hədiyyənin "Fənərbaxça"nın braziliyalı ulduzu Aleks de Souza ilə şam yeməyi olduğunu öyrənincə, həmin hədiyyəni rədd edib.
Naçar qalmış bal sahibləri Elifə əvəz qismində "Chopard" saatı təqdim ediblər.

Elton Ağalarov
Milli.Az