Volvo XC90 "idmançı" oldu - FOTOSESSİYA

20 Sentyabr 2014 21:37
Volvo şirkəti XC90 yolsuzluq avtomobilinin yeni modifikasiyasını təqdim edib. Yeni R-Design opsiya paketi sayəsində avtomobil daha çox idman görünüşü əldə edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Volvo XC90 R-Design yeni radiator barmaqlığı, iri hava çəpərləri, yeni görünüşdə qabaq bamper, həmçinin seçim olaraq 20 və 22 düymlük təkər diskləri əldə edib.

Maşının salonunda dəri və nubukla işlənmiş idman kürsüləri, xüsusi ayaqaltılar və ötürücü qutunun xüsusi dizaynla hazırlanmış rıçaqı diqqət çəkir. Multimedia sistemi displeyi də yeni tərtibat sistemi əldə edib.

Yeni Volvo XC90 R-Design iki dizel (190 -güclü D4 və 225-güclü D5) və iki benzin (254 -güclü T5 və 320 -güclü T6 turbo) mühərriki ilə satışa çıxarılacaq. Bundan başqa 400 a.g. olacaq T8 hibrid qurğusu da əlçatan olacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.