Opel Adam S belə olacaq - FOTO

19 Sentyabr 2014 21:37
Alman şirkəti Opel Adam S final variantını gələn ayın əvvəlində Paris avtosalonunda nümayiş etdirməyə hazırdır. Avtomobil boynun balaca olmasına baxmayaraq çox ötkəm görünür.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, adi versiya ilə müqayisədə dizayn yeni aerodinamik asma, aşağı endirilmiş asqı və OPC bölməsinin xüsusi diskləri hesabına xeyli dəyişib. Yeri gəlmişkən standart versiyada 17 düymlük təkərləri opsiyada 18 düymlük təkərlərlə də əvəz etmək olar. Avtomobil üçün 10 rəng çaları təklif edilir.

Model 150 a.g. və 220 Nm fırlanma anı hasil edən 1,4 litrlik benzin turbo mühərrikə sahibdir. Güc altı pilləli mexaniki ötürücü qutu vasitəsilə qabaq oxa ötürülür. 0-100 km/saat sürətlənmə üçün 8,5 saniyə kifayət edir. Avtomobil maksimum 220 km/saat sürətlə hərəkət edə bilir.

"Cib raketi"ni bu ilin noyabrından əldə etmək mümkün olacaq. Qiyməti Parisdə rəsmi təqdimat zamanı elan ediləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.