Yeni Kia Sorento göstərildi - FOTO

20 Sentyabr 2014 23:20
Avtomobilin debütü Paris avtosalonunda nəzərdə tutulub. Həmin vaxtadək avtoistehsalçı yenilənmiş Sorento haqqında yalnız bəzi məlumatları açıqlamaq niyyətində idi. Buna baxmayaraq modelin real fotoşəkilləri Koreyada bloqlardan birində dərc edilib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni Sorento daha uzun faralar və diqqəti daha çox çəkən duman əleyhinə fənərlərlə seçilir. "Pələng burnu" stilində radiator baqmaqlığı da ölçülərinə görə böyüyüb.

Yeni Sorento salonunun dizaynını brendin alman dizayner komandası işləyib. Burada çoxsaylı yeniliklərə rast gəlmək mümkündür. Dizaynerlər daha mürəkkəb elektron sistem və qurğularla təchiz olunmuş daha təmtəraqlı salon hazırlayıblar. Onun tərtibatında daha keyfiyyətli materiallardan istifadə edilib.

Yeni Kia Sorento mühərrik sırası 5 ədəd həm benzin, həm də dizel mühərriklərindən ibarətdir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.