Mercedes hibrid model hazırlayıb

20 Sentyabr 2014 22:22
2017-ci ilədək "Mercedes" sıralarında ən azı 10 ədəd "Plug-in Hybrid" sistemi ilə təchiz olunmuş model təqdim ediləcək. C-, E- və S-Class, o cümlədən bir neçə yolsuzluq avtomobili hibrid olacaq. Xarici görünüşdə hibrid modellər arxa bamperdəki yükləmə portu ilə seçiləcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, "Plug-in Hybrid" sistemi ilə təchiz edilmiş ilk "Mercedes" modeli S-Class olub. avtomobilin kapotu altında 330 a.g. verən 6-silindrli mühərrik və 107 a.g verən elektromühərrik dayanır. Yalnız elektromühərriklə avtomobil 30 km məsafə qət edə bilir.

Hibrid modifikasiyası alacaq növbəti model "C-Class" olacaq. Onun kapotu altında 211 a.g. verən 2,0-litrlik 4-silindrli benzin mühərrik və 68-güclü elektromühərrik dayanacaq. Bu avtomobil də elektrik mühərriklə 30 km gedə biləcək.

Milli.Az