Bakı bulvarında musiqiçilərin qanlı davası - YENİLƏNİB
19 Sentyabr 2014 13:45
Dava zamanı 19 yaşlı gənci bıçaqlayıblar
13:45
Bakı bulvarında küçə musiqiçiləri dava salıb.
Bulvar İdarəsinin təhlükəsizlik xidmətinin rəisi Müqabil Baxşıyevin anspress-ə verdiyi məlumata görə, hadisə sentyabrın 11-də Saat qülləsi yaxınlığında qeydə alınıb.
Belə ki, küçədə gitara ifa edən gənclər arasında münaqişə baş verib. Nəticədə 19 yaşlı Çingiz adlı musiqiçi bıçaqlanıb.
"Gənci bizim təhlükəsizlik xidməti əməkdaşlarımız bıçaqlanmış halda tapıblar. Deyilənlərə görə, onu elə öz yoldaşları bıçaqlayıb. Çingiz ağır yaralı idi. Onu danışdıra bilmədik. Polis çağırdıq, onu xəstəxanaya yerləşdirdik", - deyə Müqabil Baxşıyev bildirib.
Faktla bağlı araşdırma aparılır.
---------- 12:13
Bakıda bıçaqlanma hadisəsi baş verib
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayon Qaraçuxur qəsəbə sakini, 1996-cı il təvəllüdlü Əliyev Çingiz Əyyub oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Onun boğazında daxilə nüfuz edən ağır kəsilmiş-deşilmiş xəsarət aşkarlanıb və yaralı reanimasiyaya yerləşdirilib. Ç.Əliyevi dindirmək hələlik mümkün olmayıb.
Qeyd edək ki, daha əvvəl hadisənin harada baş verdiyi dəqiq bilinməsə də, sonradan 18 yaşlı oğlanın Dənizkənarı Milli Park ərazisində, Saat qülləsinin yaxınlığında bıçaqlandığı məlum olub. Hazırda hadisəni törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi və olayın səbəblərini müəyyən etmək istiqamətində iş aparılır.