16:14
Bu gün İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Trend AFFA-ya istinadən məlumat verir ki, iclasda Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək 13 şəhər müəyyənləşib.
Bunlar Bakı (Azərbaycan), Brüssel (Belçika), Kopenhagen (Danimarka), London (İngiltərə), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) şəhərləridir.
Bu şəhərlərdən 4-ü - Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 final oyunlarını da qəbul edəcək. Digər 8 şəhərdə isə pley-off-un 1/8 final mərhələsinin qarşılaşmaları baş keçiriləcək.
Qaydalara görə, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə Avro-2020-nin qrup mərhələsinin üç, pley-off-un bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.
Böyük Britaniya paytaxtı London isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək. Həlledici qarşılaşma "Uembli" stadionunda baş tutacaq.
Namizədliyi verilən şəhərlərdən Minsk (Belarus), Skopye (Makedoniya), Solna (İsveç), Kardiff (Uels), Yerusəlim (İsrail) və Sofiya (Bolqarıstan) isə arzusuna qovuşa bilməyib.
Qeyd edək ki, Avro-2020-nin final mərhələsində 24 komanda iştirak edəcək.
---------
10:57
Bu gün "Avro-2020"yə ev sahibliyi edəcək şəhərlərin adlarına aydınlıq gələcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, sözügedən yarışı qəbul edəcək 13 şəhərin adı UEFA İcraiyyə Komitəsinin Cenevrə şəhərində keçiriləcək iclasında elan olunacaq.
Bakı vaxtı ilə saat 12:00-da başlayacaq səsvermənin nəticələri 4 saat sonra açıqlanacaq. Turniri qəbul etməyə 19 ölkə namizəddir ki, onların sırasında Bakı şəhəri ilə təmsil olunan Azərbaycan da var.
Bakı ilə yanaşı, Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Danimarka (Kopenhagen), London (İngiltərə), Skopye (Makedoniya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Yerusalim (İsrail), Roma (İtaliya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Stokholm (İsveç) və Kardif (Uels) şəhərləri də "Avro-2020"yə ev sahibliyi etmək üçün yarışacaqlar.
Lakin çempionatın oyunları ilk dəfə olaraq Avropanın 13 şəhərində keçiriləcək. Belə ki, turnirin yarımfinal və final matçları bir şəhərdə təşkil olunacaq. Qalan şəhər və stadionlarda isə qrup, 1/8 final və 1/4 final oyunlarının keçirilməsi nəzərdə tutulub. "Avro-2016"da olduğu kimi "Avro-2020"nin final mərhələsində də 24 yığmağının iştirakı gözlənilir.
Qeyd edək ki, yarımfinal və final görüşlərinin keçirilməsi uğrunda, əsasən, London və Münhen şəhərləri mübarizə aparacaq. Almaniyanın bütün diqqətini "Avro-2024"ün ev sahibliyinə yiyələnməsinə yönəltməsi "Avro-2020"nin yarımfinal və final matçlarının Londonda keçirilmə şanslarını artırır.
Əlavə edək ki, Azərbaycanı Cenevrədə AFFA prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, milli komandamızın baş məşqçisi Berti Foqts, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, İsgəndər Cavadov, İqor Ponomaryov və digər şəxslər təmsil edəcəklər.
Milli.Az
----------
16:58
Böyütmək üçün şəkillərə klikləyin.