Milli.Az ICTnews-a istinadən bildirir ki, aparat 1.2 QHs takt tezlikli Snapdragon 400 (MSM8926) prosessoru, 2 QB əməli və 16 QB daxili fləş-yaddaşla təchiz olunub.
5,7 düymlük ekranın təsvir ölçüsü 1280x720 piksel təşkil edir.
Fabletin ekranı Gorilla Glass 3.0 şüşəsi ilə örtülüb. Yeni qurğuda 8 meqapiksellik avtofokus, Full HD formatında video çəkiliş imkanına malik əsas kamera və 1,6 meqapiksellik ön kamera mövcuddur.
Aparat, həmçinin Wi-Fi 802.11b/g/n, Bluetooth 4.0 və GPS simsiz rabitə modulları və 3400 milliamper/saat tutumunda akkumulyatorla təchiz olunub. Avtonom iş vaxtı 14 saat təşkil edir.
ZMAX fableti ABŞ-da elan edilib və hələ ki yalnız orada satılacaq.
Milli.Az