Avropa Birliyi və onun ardınca ABŞ Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirdi. Yeni və mahiyyətcə daha sərt sanksiyalar sentyabrın 12-dən qüvvəyə mindi. AB-nin yeni sanksiyalar siyahısına "Rosneft", "Transneft" və "Qazpromneft" kimi iri şirkətlər salınıb. Sanksiyalara əsasən, onlar bundan sonra Avropadan kredit və maliyyə ala bilməyəcəklər. Avropa Birliyi ikili təyinatlı məhsulların Rusiyanın müdafiə sənayesinə aid olan "Kalashnikov", "Almaz-Antey", "Ximkompozit" kimi konsernlərə göndərilməsini də qadağan edir. "Uralvaqonzavod" kimi zavodlara və şirkətlərə uzunmüddətli kredit verilməsi qadağan olunur. "Sberbank", VTB, "Qazprombank", VEB, "Rosselxozbank" kimi banklara isə kreditlər məhdudlaşdırılır. Avropa şirkətlərinə dərin su qatlarında, Arktikada neft kəşfiyyatı ilə bağlı Rusiya şirkətlərinə kömək qadağan olunur. Sanksiyalar nəticəsində Rusiyanın bank sektoru, neft-qaz və hərbi sənayesi ağır sanksiyalar altına düşüb. Beş rus şirkətinin pullarına isə həbs qoyulub.Ekspertlər hesab edirlər ki, bu təsirlər mənfi və müsbət yöndə ola bilər