Kefli İsgəndər kim olub?
18 Sentyabr 2014 12:07
Araşdırmalar nəticəsində məlum olub ki, Cəlil Məmmədquluzadənin məşhur "Ölülər" əsərinin əsas qəhramanı olan Kefli İsgəndər Ağcabədi rayonunun Kəhrizli kəndində doğulub. Milli.Az El TV-yə istinadən xəbər verir ki, sonralar Hüsülü kəndinə köçərək orada
yaşayıb.
O, dövrünün Avropada təhsili alan yeganə şəxslərindən sayılıb. Bəy nəslinin nümayəndəsi olan İsgəndər həmişə sadə insanların əməyinə qiymət verib, hamıya düzgün yol göstərib. İnsanlara qarşı haqsızlıq edənlərin ifşasına çalışıb. Onun bu xüsusiyyətlərini qəbul etməyənlər isə İsgəndəri gözdən salmaq üçün ona "Kefli" ləqəbini veriblər. Hazırda
İsgəndərin məzarı Ağcabədi rayonunun Hüsülü kənd qəbiristanlığındadır.
Məzarın baxımsızlıq səbəbindən məhv olmaq təhlükəsi var. Bildirildiyinə görə. Azərbaycanda Sovet Hakimiyyətinin qurulmasından sonra onun ailəsi xarici ölkələrdən birinə köçüb. Hazırda da Kefli İsgəndərin övladının xaricdə yaşadığı ehtimal olunur. Azərbaycanda isə həmin nəsildən kimsənin olmadığı deyilir.
Milli.Az