XX əsrin 70-80-ci illərində maestro Niyazinin təşəbbüsü ilə həmişə sentyabrın 18-i böyük bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu gün kimi respublikamızda xüsusi təntənə ilə qeyd edilirdi. Musiqi məktəblərində, mədəniyyət ocaqlarında, xüsusilə, konservatoriyanın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilirdi. Ötən əsrin 90-cı illərində Azərbaycanda hər şeyin bir-birinə dəydiyi vaxtda bu ənənə də unuduldu. Dahi bəstəkarın özfəaliyyət səviyyəsində xatırlanması həqiqətən, narahatlıq doğururdu. Unudulmaz Niyazinin təşəbbüsü 1995-ci ildə dövlət statusu aldı. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr Üzeyir musiqi günü kimi qeyd olunmağa başlandı. Bu nəcib qərar bütün insanların, musiqisevərlərin ürəyincə oldu. Bəzi hallarda mətbuat səhifələrində, ekran və efirdə bu tarixi "Milli musiqi günü" kimi qeyd edirlər. Amma sərəncama əsasən əsl adı belədir: "Üzeyir musiqi günü".Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr Üzeyir musiqi günü kimi qeyd olunmağa başlandı