Los-Kabos supermarketləri soyğunçular tərəfindən boşaldılır
Bir neçə gün əvvəl "Odil" tropik qasırğası nəticəsində ciddi dağıntıların olduğu bir neçə Meksika şəhəri indi də yeni problemlə üzləşib.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Los-Kabos şəhərində və qasırğanın viran qoyduğu digər bölgələrdə kütləvi talan halları baş qaldırıb. Soyğunçular nəzarətsiz qalmış supermarketlərdəki bütün malları talan ediblər. Bəzi sakinlərin ərzaq qıtlığından əziyyət çəkdiyi bir vaxtda bəzilərinin supermarketlərdən ərzaq və digər malları kütləvi şəkildə daşıdığını görmək mümkündür.
"Odil" qasırğasından 3 gün ötsə də, Los-Kabos şəhərində hələ də elektrik enerjisi və su təchizatı bərpa olunmayıb.
Meksika hökuməti məşhur kurort şəhərində təcrid olunmuş 26 min turistin evakuasiyasını davam etdirir.