"Təzə pir"də təzə yasağa hörmətsizlik - FOTO

18 Sentyabr 2014 01:00

Son günlər Azərbaycanda yas və dəfn mərasimlərində ifrata varılmasının qarşısının alınmasına yönəlmiş tədbirlər həyata keçirilərkən "Təzə pir" məscidində arzuolunmaz hadisələr yaşanıb. Ölkənin baş məscidi möminlərə örnək olmalıdr, tək sözdə yox, həm də əməldə

Ölkədə təmtəraqlı yas mərasimləri yığışdırılıb. Yas mağarında aş, qoğal, meyvə vermək qadağan olunub. Hətta bir neçə gün əvvəl Ucar rayonunda təmtəraqlı yas mərasimində qəribə hal da yaşanıb. Öz ölüsünə ehsan vermək isətəyən şəxs maraqlı üsul da fikirləşib. Rayon rəhbərliyinin diqqətindən yayınmaq üçün dəfn və dua mərasimini öz həyətində verib, ehsanı isə qonşunun həyətində təşkil etmək istəyib. Bundan xəbər tutan kənd nümayəndəliyi gəlib ehsan üçün bişirilmiş yemək qazanlarını aparıblar.

Lakin "Təzə pir" məscidi köhnə ənənələrinə sadiq qalıb və təmtəraqlı ehsanların verilməsini yığışdırmayıb. Milli.Az dünən həmin məsciddə verilən ehsan süfrəsinin fotolarını oxuculara təqdim edir.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.